“Həmin epizodda bəxtimiz gətirdi”.
Sportinfo.az xəbər verir ki, bunu Avstriya millisinin futbolçusu Nikolas Zayvald AVRO-2024-ün seçmə mərhələsinin oyununda Azərbaycan yığmasına 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşma haqda danışarkən deyib.
22 yaşlı yarımmüdafiəçi matçın sonlarında millimizin üzvü Toral Bayramovun fərqlənə bilmədiyi epizodu şərh edib:
“Onu qapımız önündə nəzarətsiz dayanan şəkildə gördükdə, qolun olmaması üçün dua etməyə başladım.
Onun zərbəsinin dirəyə tuş gəlməsi inanılmaz rahatlıq verdi. Amma istənilən halda, biz uğuru haqq etmişdik”.
Oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda millimizə 1:0 hesabı ilə qalib gələn Avstriya yığması xallarının sayını 16-ya çatdırmaqla Avropa çempionatına vəsiqəni rəsmiləşdirib.

