“Yəqin ki, Azərbaycan millisinin futbolçusu topu artıq torda görürdü”.
Sportinfo.az xəbər verir ki, bunu Avstriya yığmasının futbolçusu Saşa Kalayciç deyib.
26 yaşlı hücumçu AVRO-2024-ün seçmə mərhələsinin oyununda Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri üçün xoşbəxt olduqlarını vurğulayıb.
O, Toral Bayramovun oyunun sonlarında qaçırdığı əlverişli epizodu dəyərləndirib:
“Hamımız şokda idik. O, gözlənilmədən qapının önündə peyda oldu.
Heç birimiz bunun necə baş verdiyini anlaya bilmədik. Onun əlverişli şansdan yararlana bilməməsinə görə çox şadam”.
Oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda millimizə qalib gələn Avstriya yığması xallarının sayını 16-ya çatdırmaqla Avropa çempionatına vəsiqəni rəsmiləşdirib.

