Azərbaycan Lüksemburqu məğlub etdi - Yenilənib

17 Oktyabr 2023 19:56 Milli komanda 1 290
Azərbaycan Lüksemburqu məğlub etdi - Yenilənib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, F qrupunda yer alan yığma Lüksemburqla qarşılaşacaq.

Moldovalı Dumitri Munteanın idarə edəcəyi görüş “Azərsun Arena”da baş tutacaq. Qrupda keçirdiyi əvvəlki iki matçında məğlub olan Samir Əliyevin yetirmələri ilk xallarını qazanmağa çalışacaqlar.

U-21 millimiz ilk iki oyunda səfərdə Serbiyaya 0:2, evdə isə Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.

17 oktyabr

18:00. Azərbaycan – Lüksemburq 3:2

Qollar: Nəriman Axundzadə, 41 (p), Yohann Torres, 88 (avtoqol), Ağadadaş Salyanski, 90+1 - Rayan Berberi, 45+5, leon Elşan, 59
Baş hakim: Dumitri Muntean (Moldova).
Bakı. “Azərsun Arena”.

Azərbaycan: 12. Yusif İmanov, 2. Abdulla Rzayev, 4. Cəlal Hüseynov, 3. Rüfət Əhmədov, 10. Veysəl Rzayev (k), 18. Hüseyn Babayev, 20. Emil Səfərov, 19. Samir Abdullayev, 17. Murad Vəliyev, 23. Ramin Nəsirli, 9. Nəriman Axundzadə

Baş məşqçi: Samir Əliyev

Lüksemburq: 12. Eldin Latik, 3. Fabio Lohei, 18. Migel Qonçavles, 22. Sofian İkene, 2. Yohann Torres, 16. Kleyton İriqoyen, 8. Fabio Serkeyra (k), 15. Massimo Aqostinelli, 21. Rayan Berberi, 9. Leon Elşan, 11. Selim Turpinq

Baş məşqçi: Dan Huet

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti