Oktyabrın 13-də səfərdə Estoniyanı 2:0 hesabı ilə məğlub edən Azərbaycan millisi Avstriya seçməsindən də xal almağa yaxın idi.
AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində səfərdə baş tutan ilk matçda Canni de Byazinin rəhbərlik etdiyi kollektiv bu rəqibə 1:4 hesabı ilə uduzmuşdu.
Lakin Bakıdakı qarşılaşma avstriyalılar üçün qorxulu röyaya çevrildi. İlk hissəsi qolsuz bərabərliklə başa çatan qarşılaşmanın ikinci hissəsinin əvvəlində penaltidən qol vuran rəqib minimal hesablı qələbə ilə Avropa çempionatının final mərhələsinə vəsiqə qazandı.
Toral Bayramov son dəqiqələrdə 100 faizlik qol şansından maksimum dəyərləndirsəydi, komandamız aktivinə 5-ci xalı yazacaqdı.
Milli uduzsa da, güclü rəqibinin qarşısına əzilmədi. Buna əmin olmaq üçün 90 dəqiqənin statistik göstəricilərinə nəzər salmaq kifayət edir.
51 Topla oynama faizi 49
27 Hücum 41
6 Qol fürsəti 11
4 Korner 9
85 Ötürmə dəqiqliyi (faizlə) 84
436 Ötürməyə cəhd 371
370 Dəqiq ötürmə 313
1 Oyundankənar vəziyyət 3
5 Sarı vərəqə 4
0 Qırmızı vərəqə 1
Yer aldığı F qrupunda keçirdiyi 6 oyundan 4 xal toplayaraq yalnız Estoniyanı qabaqlayan Azərbaycan millisi noyabrın 16-da Bakıda İsveçi qəbul edəcək, 3 gün sonra səfərdə Belçikanın qonağı olacaq.
HƏBİB / SPORTİNFO.AZ

