"Avropa çempionatına vəsiqə qazanmaq başlıca məqsədimiz idi".
Sportinfo.az xəbər verir ki, bunu Avstriya millisinin futbolçusu Marsel Sabitzer deyib.
Azərbaycan yığması ilə Bakıda keçirilmiş AVRO-2024-ün seçmə mərhələsinin oyununda penalti zərbəsini dəqiq yerinə yetirməklə komandasına 1:0 hesablı qələbə qazandıran hücumçu xoşbəxt olduqlarını bildirib:
"Əlbəttə, oyunun taleyini daha əvvəl həll edə bilərdik. Amma Azərbaycan millisinin də şansları var idi.
Qrupda birinci olub-olmayacağımız o qədər də vacib deyil. Əsas odur ki, qələbə qazandıq".
Yer aldığı F qrupunda xallarının sayını 16-ya çatdıran Avstriya millisi Avropa çempionatının final mərhələsinə vəsiqəni rəsmiləşdirib.

