Azərbaycan U21 millisi bu gün Avropa çempionatının seçmə mərhələsində 3-cü matçına çıxacaq.
İlk iki turda Serbiya və Şimali İrlandiyadan olan həmyaşıdlarına uduzan (0:1) Samir Əliyevin yetirmələri doğma meydanda Lüskemburqu qəbul edəcək.
Oyunöncəsi Samir bəylə əlaqə saxlayı,b ardıcıl məğlubiyyətlərdən sonra düşərgədəki ab-havanı və qarşıdakı görüş barədə fikirlərin aldıq:
“Düzdür, son oyunda məğlub olduq, yaxşı rəqib idi, amma yaxşı oyun onu göstərdi ki, məğlub olmalı deyildik.
Oyunun gedişatı qələbə qazana biləcəyimizi göstərdi. Uşaqlarda psixoloji düşüş hiss olunur. İlk öncə məşqlərdə onları bu durumdan çıxarmaq üçün söhbətlər etmişik.
Qısa müddətdə ərzində böyük şeylər edə bilmərik. Təzyiq deməzdim, amma tənqidlər var. Bu da normaldır.
Zəif rəqibə uduzmamışıq, lakin istənilən halda məğlub olmusansa, tənqidlər mütləq olacaq.
Növbəti rəqibi təhlil etmişik. Əlimizdən gələni edəcəyik ki, qalib gələk.
Məğlubiyyətləri unutdurmaq istəyirik. Məncə, bu qələbə ilə də hər şey düzəlməyəcək.
Razıyam, vəziyyət hardasa müvəqqəti yaxşı olacaq. Çox dərinə gedib problemlərdən danışmaq istəmirəm. Oyundan sonra ətraflı danışa bilərəm”.

