Problem çıxdı, Azərbaycanla oyuna görə milliyə qaytarıldı

16 Oktyabr 2023 19:20 Milli komanda 792
Problem çıxdı, Azərbaycanla oyuna görə milliyə qaytarıldı

Quido Burqstaller Azərbaycanla AVRO-2024-ün seçmə mərhələ oyununa görə milliyə qaytarılıb.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı oyunçu hücum xəttindəki problem səbəbindən Bakıya gələn heyətə salınıb.

Son olaraq Mixael Qreqoriçin sıradan çıxması ilə komandada yeganə hücumçu kimi Saşa Kalayciç qalıb.

Onun da ağır zədədən döndüyünü nəzərə alan baş məşqçi Ralf Ranqnik 2019-cu ildə yığma karyerasını bitirdiyini açıqlayan Burqstallerdən kömək istəyib.

Ölkəsində “Rapid”in heyətində parlaq çıxışla diqqət çəkən forvard bu təklifi müsbət cavablandırıb.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Avstriya oyunu saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti