Bu gün Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.
Canni De Byazinin çalışdırdığı yığmamız Avstriya ilə üz-üzə gələcək.
Saat 20:00-da start götürəcək qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
Komandamız oyunöncəsi son məşqi Mərdəkanda - «Dalğa Arena»da keçib. Bəs niyə «Tofiq Bəhramov»da yox?
İtaliyalı çalışdırıcı dünən bu suala belə cavab verib:
«Çox istəyərdik ki, məşqi orada keçirək. Sadəcə, bizə dedilər ki, meydança ideal vəziyyətdə deyil və məşq etsək, qazon dağıla bilər. Ona görə "Dalğa Arena"da məşq edəcəyik».
Demə, De Byazi yenə yalan danışırmış.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Məmmədli Sportinfo.az-a açıqlamasında əsl həqiqəti söyləyib:
"Düzü, Canni De Byazi bilmirik, niyə mətbuat konfransında belə deyib. Oyunqabağı məşq üçün Tofiq Bəhramov adına Respublika stadionunun milliyə verilməısi ilə bağlı heç bir problem yox idi.
Sadəcə, özü “Dalğa”da məşq etmək istədi. Bildiyim qədəri ilə Tofiq Bəhramovun ot örtüyündə heç bir problem yoxdur, yaxşı vəziyyətdədir.
Buna bir daha oyun vaxtı əmin olacağıq".

