"Nəyə qadir olduğumuzu Azərbaycan millisinə  göstərəcəyik"

16 Oktyabr 2023 18:00 Milli komanda 587
"Nəyə qadir olduğumuzu Azərbaycan millisinə  göstərəcəyik"

Sportinfo.az xəbər verir ki, bu sözləri Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Azərbaycanla oyunöncəsi sualları cavablandırıb.

- Məşqlərimiz intensiv gedib. Öz üzərimizdə işləyirik. Azərbaycanla matçda nəyə qadir olduğumuzu göstərəcəyik. Məqsədimiz seçmə mərhələni birinci pillədə başa vurmaqdır. Futboldur da, qalib də gələ bilərik, uduza da bilərik. Əsas odur ki, oyunçular ruhdan düşmürlər və yaxşı ab-hava var.

- Azərbaycan millisi ilə görüş haqda hansı fikirdəsiz? Oyunçuların konsentrasiyası necədir?
- Çətin qrafikimiz var. Komanda uduza da bilər, uda da bilər. Azərbaycan millisi ilə əvvəllər çox da oynamamışıq. Ona görə də onların gücünü elə də yaxşı bilmirik. Amma nəzərə alaq ki, son iki matçda İordaniya və Estoniyanı udublar. Demək ki, Azərbaycan millisi də inkişaf edib. Nəyə qadir olduqlarını görəcəyik. Matçdansonrakı konfransda onların gücü haqda daha konkret nəsə deyə biləcəm.

- Üç oyundan cəmi bir qələbə qazanmısız...
- Bu nəticəyə baxmayaraq, komandada heç bir ruh düşkünlüyü yoxdur. Futboldur da, hər nəticə baş verə bilər. Əvvəllər qalib gəlirdik. Belçikaya uduzmuşuqsa, o demək deyil ki, ruh düşkünlüyü var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti