"Azərbaycan yaxşı komandadır, ancaq biz daha güclüyük”

16 Oktyabr 2023 09:00 Milli komanda 626
"Azərbaycan yaxşı komandadır, ancaq biz daha güclüyük”

Avstriya millisinin idman direktoru Peter Şettel “Avro-2024”ün seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, Bakıda keçirəcəkləri oyun barədə danışarkən deyib:

"Linsdəki ilk matçda (Avstriya 4:1 hesabı ilə qələbə qazanmışdı - red.) biz gördük ki, azərbaycanlı futbolçular fərdi baxımdan çox yaxşı oynayırlar”.

O bildirib ki, Belçikaya qarşı keçirdikləri son görüşdə (2:3) futbolçuları komanda şəklində özlərini göstəriblər. “Biz mütləq layiq olduğumuz qələbəyə nail olacağıq”.

Peter Şettel Azərbaycan millisi barədə həmçinin deyib: “Rəqib yaxşı komandadır, amma biz daha güclüyük”.

Xatırladaq ki, “Avro-2024”ün Azərbaycan - Avstriya oyunu oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyun yerli vaxtla saat 20:00-da başlanacaq.

Hazırda Azərbaycan millisi 5 oyundan 4 xalla qrupda 4-cü, Avstriya 6 matçdan 13 xalla 2-ci yeri tutur. Qrupun lideri Belçika millisinin 16 xalı (6 oyun) var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti