“Azərbaycan millisinin baş məşqçi postunu mənə təklif ediblər” - ŞOK AÇIQLAMA!

21 Mart 19:00 Milli komanda 6 954
“Azərbaycan millisinin baş məşqçi postunu mənə təklif ediblər” - ŞOK AÇIQLAMA!

Azərbaycan millisinin baş məşqçi postuna təklif alan mütəxəssilərdən biri də bəlli olub.

Bu Türkiyənin tanınmış çalışdırıcılarından biri Rza Çalımbaydır.

Son iş yeri "Beşiktaş" olan Çalımbay Azərbaycandan təklif aldığını “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova təsdiqləyib.

Tanınmış türkiyəli mütəxəssis Elçin Cəfərovla söhbəti zamanı potensial keçidi ilə bağlı fikirlər səsləndirib:

"Menecerlər vasitəsilə təklif mənə də gəlib. Azərbaycanın milli komandasında çalışmaqdan qürur duyaram.

Bildiyim qədəri ilə aprelin 2-də AFFA-da seçkilərdir. Mənə də bu tarixdən sonra geridönüş edəcəklərini deyiblər".

62 yaşlı Rıza Çalımbay Türkiyə futbolunda çox önəmli profilə sahibdir. "Beşiktaş"ın yetirməsi olub və karyerası rəzində yalnız bu klubda (1980-1996) oynayıb.

2005-ci ildə və ötən ilin son iki ayında "ağ-qaralar"ı çalışdırıb. Mütəxəssis daha öncə "Ç.Rizəspor", "Sivasspor", "Ankaraspor", "Əskişəhərspor" və s. klublarda da baş məşqçi kimi fəaliyyət göstərib.

Digər Xəbərlər
Xəbər Lenti