COP29

Rebrov millimizin yer aldığı qrup barədə: "Oynaya bilərik"

14 Dekabr 2024 13:20 Milli komanda 1 404
Rebrov millimizin yer aldığı qrup barədə: "Oynaya bilərik"

“Qrupdakı rəqiblərimizi harada qəbul edəcəyimizi dəqiq bilmirik”.

Sportinfo.az xəbər verir ki, bunu Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov deyib.

Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına açıqlama verən mütəxəssis D qrupundakı şanslarından söz açıb:

“İstənilən rəqib çətin olur. Düşünürəm ki, hər kəslə oynaya bilərik.

Birinci səbətdən Fransa/Xorvatiya cütünün qalibi ilə qarşılaşacağıq. Fransızları favorit hesab edirəm.

Biz seçmə mərhələ oyunlarına hazırlaşıb mübarizə aparacağıq. Hər bir rəqibə qarşı yaxşı hazırlaşmalıyıq”.

Sergey Rebrov İslandiyada oynamağın çətin olacağını bildirib:

“Çünki bu kollektiv evdə çox güclüdür. Onlar son vaxtlar inkişaf ediblər.

Bir çox futbolçuları yüksək səviyyəli çempionatlarda çıxış edirlər. Biz isə iyunda iki yoldaşlıq matçı keçirməyi planlaşdırırıq”

Baş məşqçi ev oyunlarının məkanının hələ dəqiqləşmədiyini söyləyib:

“Millətlər Liqasında Belçika ilə evdəki görüşün yeri də bilinmir. Danışıqlar davam edir”.

Ukrayna yığması D qrupunda Azərbaycan, İslandiya və Fransa/Xorvatiya cütünün qalibi ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti