Millinin baş məşqçisi bu VİDEO və FOTO ilə hər birimizi utandırdı!

30 Oktyabr 2023 14:40 Milli komanda 2 562
Millinin baş məşqçisi bu VİDEO və FOTO ilə hər birimizi utandırdı!

Məlum olduğu kimi, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində çıxışını başa vurub.

Füzuli Məmmədovun komandası pis nəticə göstərib və hər kəsi məyus edib.

İlk matçda Serbiyaya 1:5, 2-ci oyunda Sloveniyaya 0:3 hesabı ilə uduzan və sonda Lüuksemburqla bacarmayan (1:1) yığma 1 xalla qrup sonuncusu olub.

Birinci yeri Serbiya (7 xal), 2-ci yeri Sloveniya (5 xal), 3-cü yeri isə Lüksemburq (2 xal) tutub.

Normalda bu cür uğursuzluqdan sonra baş məşqçi istefa ərizəsi yazar, ona tapşırılan işin öhdəsindən gəlməməsini etiraf edər.

F.Məmmədov neyləyir bəs? AFFA-nın texniki direktoru Cahangir Həsənzadə ilə şəxsi münasibətlərinə görə millidə çalışan məşqçi indi nə utanmaq bilir, nə başqa bir şey.

O, şəxsi statusunda Lüksemburqla oyundan foto paylaşıb. Sanki 1:1 qəhrəmanlıqdır.

Üç oyunun birində də azarkeşləri sevindirməyi bacarmayan çalışdırıcı özünü bu fotoyla gözə soxursa, ona «qəbahətin böyükdür!» deyirik!

Gör, biabırçı nəticəyə imza atdığı halda, özünü şir, yaxud aslan sayır, növbəti mərhələyə vəsiqə əldə olunsaydı, şübhə etməyin, iki ayağını bir başmağa dirəyərdi ki, mənə «Azərbaycanın Milli Qəhrəmanı» adını verin.

Hələ siz bu aşağıdakı videoya baxın. Füzuli Məmmədov burada da özünü çox pis aparır.

Lüksemburqla matçın görüntülərini izləyərkən görürük ki, o, özünü stadionda yox, küçədə, bazardaymış kimi aparır.

Səsi stadionu başına götürən. Futbolçularına nə gəldi söyləyən Füzuli Məmmədov məşqçi etikasını qətiyyən gözləmir.

Yadından çıxarır ki, hansısa məhəllə komandasının yox, millinin sükanı arxasındadır və geyindiyi formaya, onun üzərindəki bayrağa layiq davranmalıdır.

Buradan AFFA rəhbərliyinə təklif edirəm ki, daha Cahangir Həsənzadənin ağlı ilə oturub-durmasınlar. Hər yoldan keçəni onun təqdimatıyla yığmanın başına gətirməsinlər.

«Caqa»nın sözündən çıxa bilmirlərsə, yeni ştat yeri açsınlar. Burada çalışacaq məşqçilərin psixoloq-psixator müayinəsindən keçirilməsi mütləqdir.

Bir də belə utancverici səhnəni izləməməyimiz üçün!

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti