Qarabağ üçün sən nə etmisən?!

8 Oktyabr 2020 12:44 Köşə 1 493
Qarabağ üçün sən nə etmisən?!

Bu sualı hər bir Azərbaycan vətəndaşı və dünyanın harasında yaşamağına, hansı ölkə vətəndaşı olmasına baxmayaraq özünü azərbaycanlı sayan hər kəs özünə verməlidi!

...Rəşad Sadıqov əslən Kəlbəcərdəndi. Çox vətənpərvər insandı.

Gözünü qırpmadan torpaqlarımız uğrunda canını verər. Eyni zamanda gözəl natiqdi. Belə tanınmış simalar ön cəbhədə imkan olanda əsgərlərimiz qarşısında çıxış etsə onların gücünə güc qatar, ordumuzun cəngavərlərinə əlavə ruh verər.

Qeyd edim ki, "Zirə"nin baş məşqçisi Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat köçürüb. Rəşaddan başqa əslən Füzulidən olan Qara Qarayev və Maksim Medvedev 10 min, "Sabah" klubu 50 min, "Qarabağ"ın prezidenti Abdulbari Gözəl isə fonda bir milyon yardım edib.

Ola bilsin qalan futbol adamlarımız da pul köçürüb amma adlarının hallanmasını istəməyiblər.

Aparıcı klublarımızın az qala ən zəif futbolçuları, baş məşqçiləri, prezidentləri və digər rəhbər şəxsləri də ayda ən azı 10 min manat maaş alır. Mən hələ mükafatı kənara qoyuram.

Klublarımızın dolanışıq üçün bütün üzvləri bircə aylıq maaşlarını Silhalı Qüvvələrə Yardım Fonduna verə bilməz?

Bu sözlər digər idman növlərində olan şəxslərə də aiddi.

Belə bir gündə də vətən üçün heç olmasa malından, pulundan keçməyib "krısalıq" edənləri torpaqlarımız uğrunda canından keçən 18-19 yaşlı və digər şəhidlərimizin ruhu bağışlamayacaq!

Bu gün vətən üçün ya canından keçəcəksən, ya da pulundan, malından! Torpaqlarımıza qayıtmaq üçün hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı bacardığını etməlidi, əlindən gələni əsirgəməməlidi!

Qarabağ Azərbaycandır!

P.S. Fotoda xaricdə yaşayan digər tanınmış idmançımız Zabit Səmədov da vətənə dönüb bu çətin gündə Qarabağda ön cəbhədə əsgərlərimizin yanındadı, onlara ruh verir. Bütün tanınmış idmançılarımız Zabitlə Rəşaddan nümünə götürməlidi!

Anar Şabanoğlu
Xüsusi olaraq Sportinfo.az üçün

Xəbər Lenti