"Keşlə"də MARAQLI TƏYİNAT

19 Aprel 2021 19:00 Şamaxı 1 123
"Keşlə"də MARAQLI TƏYİNAT

«Keşlə» rəhbərliyi əsas komandanın məşqçisi Zaur İsmayılova yeni vəzifə verib.

I Divizionda mübarizə aparan əvəzedici heyət Sənan Qurbanovun köməkçisinə tapşırılıb.

Hər halda onun adı AFFA-ya yeni göndərilən sənədlərdə «dubl»un baş məşqçisi kimi göstərilib.

Bu, iki səbəbdən qaynaqlana bilər. Birincisi, ola bilsin ki, «Keşlə-2»nin aşağı dəstədə uğursuz çıxış etməsi Rüstəm Əliyevin fəaliyyətindən naarazılıq doğurub.

Hər halda komanda turnir cədvəlinin son sıralarında qərarlaşıb.

İkincisi, İsmayılov «Pro» kaateqoriyalı məşqçi kurslarında iştirak etmək niyyətindədir və klub rəhbərliyi onun yolunu açmaq üçün adının əvəzedici heyətin baş məşqçisi kimi sənədlərdə qeyd olunmasını lazım bilib.

Digər Xəbərlər
Xəbər Lenti