Neymar tezliklə “Barselona”ya qayıtmaq istəyir

8 Avqust 2023 01:40 Fransa 819
Neymar tezliklə “Barselona”ya qayıtmaq istəyir

Neymar bu yay PSJ-dən ayrılaraq “Barselona”ya qayıtmaq istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə L'Equipe məlumat yayıb.

Fransa nəşrinin məlumatına görə, hücumçu PSJ-nin prezidenti Nasser Əl-Xəlaifiyə yay transfer pəncərəsi bağlanana qədər komandadan ayrılmaq istədiyini bildirib.

O, Kataloniya klubuna qayıtmaq arzusunu da bildirib.

Neymar 2017-ci ildən PSJ-də çıxış edir. Keçən mövsüm o, 29 oyunda 18 qol vurub, 17 məhsuldar ötürmə edib, lakin ayaq biləyindən aldığı zədə səbəbindən martda çıxışını dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti