Marselodan Beylə hədiyyə

9 Dekabr 2019 14:18 İspaniya 598
Marselodan Beylə hədiyyə

“Real”ın müdafiəçisi Marselo komanda yoldaşı Qaret Beylə maraqlı hədiyyə verib.

Sportinfo.az xəbər verir ki, braziliyalı uelsli həmkarına qolf ağacı bağışlayıb.

O, hədiyyəni klub daxilində keçirilən Milad gecəsində təqdim edib. Beyl qolf oynamağı çox sevir. O, zədəsini bərpa etdiyi müddətdə daim qolf meydançasında görünürdü.

Qaret millisinin Avro-2020-nin final mərhələsinə vəsiqə qazanmasından sonra sosial şəbəkə hesabında “Uels, qolf, Madrid – belə ardıcıllıqla” statusu paylaşmışdı.

Onun bu paylaşımı “kral klubu”nun fanatlarının narazılığına səbəb olmuşdu. Beyl bununla işarə etmişdi ki, qolf onun üçün “Real”dan da önəmlidir.

Digər Xəbərlər
Xəbər Lenti