İspaniya millisinin sabiq oyunçusundan GÖZLƏNİLMƏZ QƏRAR

8 İyul 2024 10:20 İspaniya 596
İspaniya millisinin sabiq oyunçusundan GÖZLƏNİLMƏZ QƏRAR

İspaniya millisinin sabiq futbolçusu Tiaqo Alkantara 33 yaşında karyerasını bitirmək qərarına gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano özünün sosial şəbəkə hesabında yazıb.

Mərkəz yarımmüdafiəçisinin son klubu 2020-ci ilin sentyabrından 2024-cü ilin iyuluna kimi çıxış etdiyi "Liverpul" olub.

Mersisayd təmsilçisində 98 matçda iştirak edən futbolçu 3 qol vurub və 6 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!