"Mövcud vəziyyətə görə irəli yox, tez-tez geriyə boylanırdım"

23 May 2020 01:24 İngiltərə 405
"Mövcud vəziyyətə görə irəli yox, tez-tez geriyə boylanırdım"

"Liverpul"un kapitanı Cordan Henderson açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi komandanın bu mövsüm göstərdiyi oyunla bağlı danışıb:

"Mövcud vəziyyətə görə irəli yox, tez-tez geriyə boylanırdım. Həqiqətən də bacardıqlarımız inanılmaz idi. Bu, davam etmək üçün motivasiya verir, çünki zaman gələndə ən yaxşı vəziyyətdə olduğumuzdan əmin olmaq istəyirik.

Mövsümü yaxşı şəkildə bitirib, mükəmməl performans göstərə bilərik. Əminəm ki, hər kəs bizim üçün inanılmaz mövsüm olduğunu qəbul edəcək.

1-2 oyun istisna olmaqla oyunların səviyyəsi yüksək idi. Futbola qayıtdıqda ən yüksək səviyyədə olmaq istəyirik. Bunun üçün hər şeyə sahibik".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı