İngiltərə nəhəngi yeni qapıçı ilə gücləndi

1 İyul 2022 22:00 İngiltərə 522
İngiltərə nəhəngi yeni qapıçı ilə gücləndi

İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Almaniyanın "Arminiya" klubundan qapıçı Orteqa Morenonu transfer edib. Məlumatı "şəhərlilər"in rəsmi saytı yayıb.

29 yaşlı qolkiperlə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Orteqa Morena 2017-2022-ci illərdə "Arminiya"da çıxış edib. Almaniyalı "əlcək sahibi" başa çatan mövsümdə Bilefeld təmsilçisinin heyətində 35 matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda