“Diktator kimi davranmağa çalışmıram - Bunları etmək istəmirsizsə..."

25 Dekabr 2021 22:00 İngiltərə 687
“Diktator kimi davranmağa çalışmıram - Bunları etmək istəmirsizsə..."

“Arsenal”ın baş məşqçisi Mikel Arteta inzitam qaydalarını pozduğu üçün heyətdən kənarlaşdırılan Pyer-Emerik Obameyanq haqda danışıb.

Sportinfo.az xəbər verir ki, ispan mütəxəssis qabonlu hücumçu ilə bağlı bunları deyib:

“Diktator kimi davranmağa çalışmıram. Tək istədiyim qaydalara riayət olunması və hörmət göstərilməsidir.

Bunları etmək istəmirsizsə, əşyalarınızı yığıb yola düşmək sizin üçün daha yaxşı olar. Mən başda özüm olmaqla hər kəsdən qaydalara riayət edilməsini istəyirəm.

Uğurlu olmaq istəyirsizsə, gördüyünüz işi sevməlisiz. Hansı klubda çıxış etdiyinizi bilməli və buna görə davranmalısız”.

Obameyanq intizamsız davranışlarına görə əsas komandadan uzaqlaşdırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti