Azərbaycan millisi yenə uduzdu

20 İyun 2021 02:24 Həndbol 1 355
Azərbaycan millisi yenə uduzdu

Kişi həndbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Vidadi Əliyevin baş məşqçisi olduğu komanda “İHF/EHF Trophy”də mübarizəni davam etdirir.

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən turnirin B qrupunda yer alan millimiz son turun matçına çıxıb.

İlk oyununda meydan sahiblərinə 16:36 hesabı ilə uduzan yığma yenə məğlub olub. Komandamız bu dəfə Moldova qarşısında aciz qalıb – 16:28.

Bununla da yığmamız qrupda sonuncu yeri tutub. Milli 5-ci yer uğrunda qarşılaşmada digər qrupun sonuncusu Andorra ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik