Tərcümə etmək üçün dil paketləri olacaq - "Vatsap"dan yenilik

19 Aprel 2025 07:10 Hadisə 1 310
Tərcümə etmək üçün dil paketləri olacaq -

Vatsap “Android” sistemində Beta versiyasının istifadəçiləri üçün əlçatan olan mesajların tərcüməsi funksiyasını işə salıb.

Belə ki, proqramın 2.25.12.25 versiyasını quraşdıran vatsap testçiləri mesajları tərcümə etmək üçün dil paketlərini endirə biliblər.

Dəstəklənən dillərə rus, ispan, ərəb, portuqal və hind dilləri daxildir. Bundan əlavə, istifadəçilərin avtomatik dilin aşkarlanması üçün xüsusi dil paketinə giriş imkanı var ki, bu da bir neçə dilin eyni vaxtda mövcud ola biləcəyi qrup söhbətlərində xüsusilə faydalıdır.

Qeyd olunur ki, bütün əməliyyatlar cihazda lokal olaraq həyata keçirilir - məlumatlar üçüncü tərəf serverlərinə və ya Meta şirkətlərinə ötürülmür.

Tərcümə funksiyası şəxsi söhbətlərdə, qruplarda və kanallarda mövcuddur. Bununla belə, bu funksiya standart olaraq qeyri-aktivdir.

Yaxın gələcəkdə dəstəklənən dillərin siyahısı genişləndiriləcək və əlavə dil paketləri təqdim ediləcək. Funksiyanın messencerin stabil quruluşlarında nə vaxt işləyəcəyi açıqlanmır.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi