COP29

"Bir bu qalmışdı... Gələcəkdə diriltmək üçün ölünü dondurdular - FOTO!

28 May 15:50 Hadisə 837
"Bir bu qalmışdı... Gələcəkdə diriltmək üçün ölünü dondurdular - FOTO!

Avstraliyada illər sonra yenidən həyata qayıtmaq ümidi olan insan mənfi 200 dərəcə şaxtada dondurulub.

Avstraliyadakı “Southern Cryonics” şirkəti 80 yaşlarında bir kişini müvəffəqiyyətlə dondurduqlarını açıqlayıb.

Şirkətin sahibi Filip Roades bu prosesin çox gərgin keçdiyini, müxtəlif günlərdə edilməli olan bir sıra prosedurların olduğunu, düzgün hazırlanmasa, çox şeyin səhv gedə biləcəyini bildirib.

Mayın 12-də dünyasını dəyişən, lakin adı açıqlanmayan 80 yaşlı kişiyə “dondurma” əməliyyatı icra edilib. Proses ölümündən dərhal sonra başlayıb.

Qocanın cəsədi xəstəxananın soyuq otağına aparılaraq buzla doldurulub.

Mütəxəssislər qocanın cansız bədənindəki hüceyrələri qorumaq üçün meyitə xüsusi maye vurublar. Daha sonra cəsəd quru buzla örtülərək mənfi 80 dərəcə selsi olan yerə yerləşdirilib.

Bu prosedurlardan sonra kişinin cəsədi “Southern Cryonics” şirkətinə gətirilib. O, vakum saxlama kamerası kimi xidmət edən xüsusi çənə yerləşdirilməzdən əvvəl temperatur mənfi 200 dərəcə selsiyə endirilib.

Qeyd edək ki, şirkət bu əməliyyat üçün ilk müştərisindən təxminən 160 min dollar ödəniş alıb./tenisabah.az

Digər Xəbərlər
Xəbər Lenti