29 illik həyat yoldaşından boşandı - Ötənlərin məşhur futbolçusu

30 Aprel 2025 00:00 Hadisə 836
29 illik həyat yoldaşından boşandı - Ötənlərin məşhur futbolçusu

Portuqaliyalı əfsanəvi futbolçu Luiş Fiqu həyat yoldaşı Helen Svedindən ayrılıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb onun “Real”da komanda yoldaşı olmuş İker Kasilyasın keçmiş sevgilisi Klaudiya Bavelin açıqlamalarıdır.

Bavel vaxtilə Fiqunun onunla yaxınlıq etmək istədyini bildirmiş, Luişin məhkəməyə müraciət etməsindən sonra sözlərini geri götürərək üzr istəmişdi.

Portuqaliyalı isə Klaudiyanı bağışlamayacağını bildirmişdi.

Bu səbəbdən Fiqunun ailəsində problem yaranıb. O, 29 illik evlilikdən sonra boşanıb.

İspaniya mətbuatına yazdığına görə, hazırda Fiqu hoteldə yaşayır və tezliklə cütlük mülkləri bölüşdürəcək.

Cütlüyün 3 övladı var.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı