Bakıda tanınmış xanım idmançı kafedə qadını döyməkdə ittiham olunur - FOTO

27 Aprel 01:10 Hadisə 376
Bakıda tanınmış xanım idmançı kafedə qadını döyməkdə ittiham olunur - FOTO

Kikboksçu Tulin Ələkbərova qadını döyməkdə ittiham edilir.

Sportinfo.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bir müddət əvvəl Nərimanov rayonunda yerləşən kafelərdən birində qeydə alınıb.

Döyüldüyünü deyən qadın bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Şikayətçi ərizəsində mübahisə zəminində Tulinin onu yumruqla vurduğunu deyib, məsələ ilə əlaqədar qanunauyğun tədbir görülməsini xahiş edib.

Polis tərəfindən aparılan istintaqla T.Ələkbərova xuliqanlıq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Təqsirləndirilən kikboksçu barəsində məhkəməyə qədər həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İş üzrə ibtidai istintaq tamamlanıb, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Tulinin təqsiri sübuta yetirilərsə, o, cərimə, azadlığın məhdudlaşdırılması və ya 2 ilə kimi həbsə məhkum edilə bilər.

Tulin Ələkbərova qaydasız döyüş üzrə məşqçi kimi də fəaliyyət göstərir. O, ötən il sevgilisi tərəfindən döyülməsi ilə gündəmə gəlmişdi.

Bakıda xanım idmançı kafedə qadını döyməkdə ittiham olunur

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!