Azərbaycanda finalın vaxtı dəyişdi - DÇ-ya görə

22 Aprel 2025 20:40 Hadisə 1 332
Azərbaycanda finalın vaxtı dəyişdi - DÇ-ya görə

2024/25 mövsümü Azərbaycan kubokunda final oyununun vaxtı dəyişib.

Sportinfo.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqasının məlumatında bildirilir.

Qeyd edilib ki, 21 may tarixindən etibarən Bakıda minifutbol üzrə dünya çempionatı keçiriləcək. Mötəbər yarışın final matçı 1 iyun tarixinə təsadüf edəcək.

Bununla əlaqədar olaraq Minifutbol Federasiyasının da Peşəkar Futbol Liqasına müraciəti nəzərə alınaraq Azərbaycan Kubokunun final matçının tarixinin dəyişdirilməsinə qərar verilib.

Ölkə kuboku çərçivəsində mövsümün son qarşılaşması 1 iyunda deyil, 31 may tarixində keçiriləcək.

Oyun öncədən elan olunduğu kimi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı