İllər keçdi, bir-birinə Bakıda qovuşdular - FOTO

21 Aprel 2025 21:20 Hadisə 1 683
İllər keçdi, bir-birinə Bakıda qovuşdular - FOTO

“Araz-Naxçıvan”la “Turan Tovuz”un qarşılaşması iki keçmiş dostun rəqib qismində üz-üzə gəlməsi ilə yadda qaldı.

Söhbət vaxtilə Braziliyalının PSTC (klubun adı əsasən “Parana” kimi tanınır) komandasında çıxış etmiş Hayderson Hurtado ilə İqor Ribeyrodan gedir.

Hər ikisi mərkəz müdafiəçisi olduğundan, meydanda söhbətləşmək imkanları çox deyildi.

Odur ki, hakimin final fitindən sonra Hurtado dəhlizdə bir xeyli sabiq komanda yoldaşını gözlədi. İqor duşda olduğundan Haydersonun gözləmə müddəti bir qədər də uzandı.

Yekunda braziliyalı və kolumbiyalı oyunçular bir-birinə qovuşdu. Xeyli söhbət edib, bir-birinə uğurlar arzuladılar.

Maraq üçün bildirək ki, hazırda ölkəmizdə legioner həyatı yaşayan cənubi amerikalılar 2020-ci ildə həmin vaxt Parana ştat birinciliyində mübarizə aparan PSTC-nin şərəfini qoruyublar.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi