Beş komanda AFFA-nın qəzəbinə tuş gəldi

27 Fevral 19:20 Hadisə 486
Beş komanda AFFA-nın qəzəbinə tuş gəldi

AFFA İntizam Komitəsi 5 komandaya texniki məğlubiyyət verib.

Sportinfo.az xəbər verir ki, U-14 Qızlar Liqasında “Gəncə İdman Liseyi” və “Şəmkir” eyni cəza ilə üzləşiblər.

“Gəncə İdman Liseyi” "Ümid"lə (Gəncə), Şəmkir klubu isə "Kəpəz"lə görüşdə təyin olunan vaxtda meydana çıxmayıb.

AFFA Yüksək Qızlar Liqasında "Şəmkir", Balakənin "Balxurma" və Ağcabədinin "Olimpiya" kollektivləri də texniki məğlubiyyətlə üzləşiblər.

"Şəmkir" "Neftçi" ilə qarşılaşmada, "Balıxurma" isə "Baku Juniors"la matçda təyin olunan vaxtda meydanda olmayıb və oyunlar gerçəkləşməyib.

"Olimpiya" komandasının heyətində isə "Araz-Naxçıvan"la dueldə yetərsay olmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı