ŞOK! Azərbaycanlı futbolçunun adına pul yığılır - FOTO

24 May 2023 16:40 Hadisə 1 344
ŞOK! Azərbaycanlı futbolçunun adına pul yığılır - FOTO

Son vaxtlar sosial şəbəkə platformalarında yaşanan hadisələr futbol təsərrüfatından da yan keçmir.

Bir müddət öncə “Qarabağ”ın bir neçə futbolçusunun şəxsi profilləri oğurlanaraq sonradan bərpa olunmuşdu.

Bu dəfə arzuolunmaz iş “Sabah”ın qapıçısı Nicat Mehbalıyevin başına gəlib.

Sosial şəbəkə işbazı Nicatın adına saxta hesab açaraq insanlardan pul istəyib.

22 yaşlı qapıçı bu barədə “instagram”da paylaşım edib:

“Mənim adımla başqa profillə yazıb pul istəyirlər. Xahiş edirəm, kimə yazıblarsa, məlumat yazsın mənə şəxsidə”.

Ötən mövsüm “Qəbələ”nin avrokuboklara vəsiqə qazanmasında müstəsna xidmətləri olan Nicat Mehbalıyev cari mövsümdə “Sabah”da Yusif İmanovun əvəzedici statusu ilə barışıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti