"Olimpiakos"un iki əsas futbolçusu "Qarabağ"la oyunda forma geyinməyəcək?

28 Sentyabr 2022 12:40 Hadisə 482
"Olimpiakos"un iki əsas futbolçusu "Qarabağ"la oyunda forma geyinməyəcək?

"Olimpiakos"un iki əsas futbolçusu "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl zədələnib.

Sportinfo.az xəbər verir ki, qapıçı Tomaş Vatslik Çexiya millisinin heyətində sıradan çıxıb.

33 yaşlı qolkiper səfərdə İsveçrəyə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur matçında xəsarət alıb. Onun yerinə meydana 46-cı dəqiqədə Yindrjix Stanek daxil olub.

Cənubi koreyalı Hvan Uy Co isə Kameruna qarşı yoldaşlıq görüşündə zədə alıb. 72-ci dəqiqədə oyuna daxil olan hücumçu 10 dəqiqə sonra əvəzlənib.

Oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti