Ordumuz Sarkisyanın sevimli kəşfiyyatçısını necə məhv edib?

25 Noyabr 01:40 Hadisə 391
Ordumuz Sarkisyanın sevimli kəşfiyyatçısını necə məhv edib?

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun məhv etdiyi daha bir hərbi cani bəlli olub.

Erməni mediası müharibədən bir il sonra Vətən müharibəsində hərbçilərimizin qəhrəmanlıqla aradan götürdüyü Serjik Petrosyan haqqında məqalə dərc edib.

Məqalədən maraqlı məqamları oxuculara təqdim edirik:

"Petrosyan Şuşada yaşayırdı. O Birinci Qarabağ müharibəsi illərində Arkadi Ter-Tadosyanın 15 nəfərlik diversant bölüyü- xüsusi kəşfiyyat dəstəsinin tərkibində döyüşüb. Bu dəstə ilə Şuşa döyüşlərində aktiv iştirak edib.

Müharibədən sonra elə bu şəhərdə qalaraq yaşayıb. Hətta Serj Sarkisyanın(Ermənistanın keçmiş prezidenti-red.) ona İrəvana gələrək mühüm vəzifədə işləmək təklifini də geri qaytarıb".

Məqalədə iddia olunur ki, hərbi cani, eks-prezident Serj Sarkisyanın xüsusi diqqət göstərib paytaxta dəvət etdiyi bu kəşfiyyatçı "döyüşçü" Xocalı qatilinin sevimli kadrlarından ola bilərmiş.


- Serjik hələ 1992-ci ildə, Çıldıran kəndi yaxınlığında tank mərmisinin partlaması nəticəsində ağır kəllə-beyin travması almışdı.

İkinci dərəcəli əlil olub və İkinci Qarabağ müharibəsinin ilk günlərindən könüllü kimi cəbhəyə yollanıb. Ağdamda daha sonra isə Hadrut şəhərində məskunlaşıb.

Serjikin dəstəsi oktyabrın 25-də Xocavəndin kəndində mövqelənib. Dəstədən olanlar ona geri çəkilmək əmri aldıqlarını deyiblər. Serjik isə buna belə cavab verib ki, "nə qədər geri çəkiləcəyik, Şuşa və Xankəndinə kimi?

Sonradan Serjikin ölüm xəbəri yayıldı. Meyitlər götürüləndə məlum olub ki, Serjikin də olduğu 3 nəfər hərbçi yaxın döyüşdə öldürülüb,-məqalədə qeyd edilir.

Göründüyü kimi Birinci Qarabağ müharibəsində əli günahsız insanların qanına batmış, və köhnə kəşfiyyatçı olmuş məşhur ermənini peşəkar hərbçilərimiz əlbəyaxa döyüşlə rahat şəkildə məhv ediblər.

Serj Sarkisyanın sevimli "hərbçisinin" yaxın məsafədən döyüşlə aradan götürülməsi ordumuzun hazırlıq gücünü bir daha göstərmiş oldu.(azvision.az)

Digər Xəbərlər
Xəbər Lenti