Erməni idmançı restoranda dava saldı, qızdan sillə “yedi” - VİDEO

28 Sentyabr 2021 01:10 Hadisə 892
Erməni idmançı restoranda dava saldı, qızdan sillə “yedi” - VİDEO

Kikboksinq üzrə Dünya Kubokunun gümüş mükafatçısı, erməni məşqçi Xaçatur Malxasyan Rusiyanın Ulyanovsk şəhərindəki restoranlardan birində dava salıb.

Sportinfo.az xəbər verir ki, insidentin görüntüləri təhlükəsizlik kameralarına düşüb.

Kadrlardan görünür ki, idmançı ilə ziyarətçilərdən biri arasında münaqişə baş verib və nəticədə Malxasyan yumruqla həmin şəxsin sifatinə zərbə endirib.

Kikboksçu daha sonra ona şillə vuran qıza hücum çəkmək istəsə də, ətrafdakı insanların müdaxiləsindən sonra sakitləşib.

Malxasyan xəsarət yetirdiyi şəxsin onu milli zəmində təhqir etdiyini və itələdiyini bildirib.

Faktla əlaqədar cinayət işi açılıb. Erməni məşqçi qəsdən sağlamlığa zərər vurmaqda ittiham olunur.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada
18 Oktyabr 01:00 “Qarabağ”a qayıtdı!