“Kəpəz” bu dəfə Portuqaliyadan müdafiəçi gətirdi

7 İyul 2022 16:20 Gündəm 1 774
“Kəpəz” bu dəfə Portuqaliyadan müdafiəçi gətirdi

Premyer Liqada iştirak imkanı qazanan “Kəpəz” çempionatda qapazaltı olmamaq üçün legionerlərin də xidmətinə ehtiyac duyacaq.

Hazırda əsas diqqəti yerli futbolçuların keçidinə ayıran klub rəhbərliyi əcnəbiləri də diqqət mərkəzində saxlayır.

Vaxtilə “Səbail”in sıralarında olmuş Peyman Keşevarz xeyli müddətdir gəncəlilərin məşqlərində iştirak edir. Vahabzadə iranlı müdafiəçinin bacarığından razıdır. Yaxın 1-2 gün ərzində onunla müqavilə bağlanacaq.

Digər iki futbolçu gürcüdür. Uzun illər Belarus “Neman”ının formasını geyinmiş və bu komandada kapitan sarğısını daşımış Georgi Kantariya artıq “Kəpəz”in yeni futbolçusudur..

25 yaşlı dayaq yarımmüdafiəçisi məşqlərdə Yaşar bəyin etimadını qazanmağı bacarıb.

Mate Kvirkviya da karyerasını “sarı-göy” formada davam etdirəcək. Son mövsümü “Qaqra”nın heyətində keçirmiş cinah yarımmüdafiəçisi ilə razılıq əldə olunub. Hər iki gürcü birillik müqaviləyə imza atıb.

Məşqlərə 3-4 gündür qoşulan portuqaliyalı mərkəz müdafiəçisi haqda isə yoldaşlıq görüşlərində sınanandan sonra qərar veriləcək.

Həmçinin “Kəpəz” düşərgəsinə daha bir legioner cəlb edib. Gəncə təmsilçisi Abdullah Suaibuni baxışa çağırıb.

Yaşar Vahabzadənin yoxlanışa cəlb etdiyi nigeriyalının 20 yaşı var və hücumameylli yarımmüdafiəçidir.

“Kəpəz” indiyə qədər 5 futbolçunun keçidini rəsmən açıqlayıb. Bunlar Elvin Yunuszadə, Tural Axundov, Kamran İbrahimov, Samir Məhərrəmli və Zamiq Əliyevdir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu