Elxan Məmmədovla dost idi, sonra düşmən oldu, indi də AFFA-ya qayıtmaq istəyir

23 May 2022 15:00 Gündəm 1 906
Elxan Məmmədovla dost idi, sonra düşmən oldu, indi də AFFA-ya qayıtmaq istəyir

Gənclər və İdman Nazirliyinin (GİN) İdman şöbəsinin müdiri Elnur Məmmədov yenidən AFFA-ya qayıtmaq iddiasındadır.

Bir neçə ay öncə GİN-də Fərid Mansurovun yerinə təyinat alan sabiq federasiya funksioneri bu istəyini müxtəlif dairələrdə dilə gətirib.

O, AFFA-nın baş katibi olmaq arzusundadır.

Elnur Məmmədov AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədovun kadrıdır. Birinci tərəfindən futbol təsərrüfatına gətirilib, bir neçə il federasiyada müxtəlif sahələrə cavabdehlik daşıyıb, baş katibin müavini postunu tutub.

2015-ci ildə «Neftçi»yə yerləşdirilib, vitse-prezidenti vəzifəsinə yiyələnib. Onun buradakı fəaliyyəti uzun çəkməyib - cəmi 2 il.

Klub E.Məmmədovun dönəmində müxtəlif problemlər yaşayıb, ciddi uğursuzluqlara düçar olub.

Bunlar azmış kimi, aralarındakı fikir ayrılığı üzündən dostu Elxan Məmmədovla münasibətləri pozulub, ardınca isə «Neftçi»də aparılan audit bir sıra xoşagəlməz məqamları üzə çıxarıb.

Dövrü mətbuat bu haqda kifayət qədər yazdığından, indi təfərrüata varmaq istəmirik. Sadəcə, onu deyə bilərik ki, Elnur Məmmədovun karyerasına münasibət birmənalı deyil, reputasiyası kifayət qədər zədələnib. Xüsusən maliyyə ilə bağlı məsələlər üzündən.

Bununla belə, bəzi dairələr maraqlıdır ki, o, AFFA-ya qayıtsın. Sərxan Hacıyevin yenicə əyləşdiyi posta göz dikən Elnur Məmmədov, görünür, bununla daha çox Elxan Məmmədova özünü sübut etmək, vaxtilə onun tutduğu vəzifəyə keçməyə gücünün çatmasını göstərmək istəyir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti