AFFA-nın yaratdığı Fond pul yığa bilirmi? - “Hər bir işə hazırıq“

22 May 2022 21:00 Gündəm 921
AFFA-nın yaratdığı Fond pul yığa bilirmi? - “Hər bir işə hazırıq“

“Hələ yığışmamışıq, yəqin ki, yaxın 1 ay ərzində yığışacağıq“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında AFFA-nın yaratdığı Futbolun İnkişaf Fondunun (FİF) Himayəçilər Fondunun üzvü Yunis Hüseynov deyib.

Himayəçilər Şurasında xalq artisti Fəxrəddin Manafov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev, futbol veteranları Yunis Hüseynov və Vəli Qasımov, “Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənov, “Azercell Telecom”un korporativ kommunikasiya direktoru Sona Abbasova, CBC Sport telekanalının Proqram Direktoru Rüstəm Əfsərli və sahibkar Şaiq Qəribzadə yer alıb.

Açıq səsvermə ilə Vəli Qasımov növbəti 1 il müddətinə Fondun Himayəçilər Şurasının sədri seçilib. Nizamnaməyə uyğun olaraq, sədr seçkisi hər il keçiriləcək.

Fondun ilk toplantısında strategiya, qarşıya qoyulan məqsədlər, tədbirlər planı, hazırlanan ianə platforması baradə fikir mübadiləsi aparılıb.

2022-ci il ərzində Gəncə, Tovuz, Lənkəran, Mingəçevir və Zaqatala nümayəndəliklərinin fəaliyyətə başlaması razılaşdırılıb. Həmçinin nizamnaməyə ediləcək dəyişiklilər müzakirə olunub.

2016-cı ildə təsis olunmuş Futbolun İnkişaf Fondu qarşısına fəaliyyəti genişləndirərək region klublarına dayanıqlı maliyyə mənbələri tapmaqda kömək etmək, ən vacibi isə cəmiyyətin hər bir fərdinə region klublarının inkişafında iştirak etmək imkanı yaratmaq məqsədi qoyub.

Bunun üçün FİF dövlət və beynəlxalq qurumlar, yerli və beynəlxalq şirkətlərlə davamlı əməkdaşlıq edəcək, maliyyə cəlb olunması üçün bütün mümkün maliyyə mənbələrini aşkarlamağa çalışacaq.

Həmçinin yerli əhaliyə və diaspor nümayəndələrinə öz region klublarına dəstək olmaları üçün imkan yaradılacaq.

Şuraya futbol veteranı kimi cəlb olunan təcrübəli mütəxəssis növbəti iclasın keçirilmə tarixi ilə bağlı dəqiq məlumata sahib olmadığı bildirib:

”Bu, ictimai işdir, bilirsiz. Ömrümüzü futbola həsr etmişik, futbolun inkişafına görə hər bir işə hazırıq. Təki futbolumuz inkişaf etsin”.

Digər Xəbərlər
Xəbər Lenti