
"Legiya"dan qalmaqalla ayrılan Mahir Emreli, nəhayət, 2 gün əvvəl "Dinamo" (Zaqreb) ilə anlaşdı.
Sən demə Xorvatiya təmsilçisi futbolçumuzu uzun müddət əvvəldən izləyirmiş. Belə ki, "Dinamo" nümayəndələri müxtəlif yollarla 24 yaşlı forvard haqqında detallı məlumatlar əldə etməyə çalışıb.
Görünür, Emrelinin Polşa təmsilçisində yaşadıqları xorvatları daha ehtiyatlı davranmağa məcbur edib.
Belə ki, Azərbaycan millisinin sabiq çalışdırıcıları Robert Prosineçki və Nikola Yurçeviçlə məsləhətləşən rəsmilər yenə rahatlaşmayıblar.
Daha sonra hazırda "Sabah"da çalışan Adino Mustedanaqiçlə də məsləhətləşməyi lazım biliblər. Hazırda "Sabah" Futbol Akademiyasının Koordinatoru kimi çalışan Adinondan Mahirlə bağlı müəyyən bilgilər əldə etməyə çalışıblar.
Xatırladaq ki, xorvatiyalı mütəxəsissis "Sabah"a elə "Dinamo" Futbol Akademiyasından gəlib.
SPORTİNFO.AZ