İrəvanın bu hərəkətləri müharibəyə səbəb olacaq - VİDEO

28 Yanvar 2022 03:00 Gündəm 1 216
İrəvanın bu hərəkətləri müharibəyə səbəb olacaq - VİDEO

Prezident İlham Əliyev bundan əvvəl bəyan etmişdi ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ istənilən halda həll olunacaq.

Burada sözsüz ki, güc tətbiqi istisna edilmir. İrəvan öz öhdəliklərini yerinə yetirməkdən imtina edərsə, bu, mütləq Ermənistanla yeni müharibəyə gətirib çıxaracaq.

Bu sözləri axar.az-a müsahibəsində PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov deyib.

“İrəvan sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı öhdəliklərindən imtina edəcəyi təqdirdə də, Azərbaycanın Silahlı Qüvvələri güc tətbiq edə bilər. Bunu sülh müqaviləsinin icrasına da aid etmək olar.

Qarabağa gəlincə, bu ərazilər dünya birliyi, o cümlədən Kreml tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır. Burada sual qalmayıb”, - rusiyalı ekspert qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti