İDDİA: O, Qurban Qurbanova görə “Neftçi”dən getmir

23 Noyabr 2021 21:00 Gündəm 4 083
İDDİA: O, Qurban Qurbanova görə “Neftçi”dən getmir

Ölkənin sayılıb-seçilən jurnalistlərindən biri, “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli “Neftçi”nin üzləşdiyi durumla bağlı Sportinfo.az-a danışıb.

Təcrübəli həmkarımız “ağ-qaralar”ın ardıcıl 3 oyunda məğlub olub, lider “Qarabağ”dan 9 xal geri düşməsinin səbəbi kimi bir neçə fakt göstərib.

“Seleksiya siyasətinin düzgün aparılmaması, kənardan müdaxilələrin klubda tarazlığı çox asan şəkildə pozması, kapitan Emin Mahmudovun xarizmasının komanda yoldaşlarını öz arxasınca daşımağa kifayət etməməsi, bəzi oyunçuların səviyyəsindən aşağı çıxış etməsi, Samir Abasovun adamlarla münasibət qurmaqda problem yaşaması, ayrı-ayrı futbolçularla az qala haqq-hesab çəkməyə çalışması, klubun avrokuboklardakı uğursuzluğa görə üzləşdiyi ictimai qınağı heç cür öz üzərindən ata bilməməsi və s. və i.a.

Amma o fikirlə də razıyam ki, “Qarabağ”ın 7 illik hegemonluğuna son qoyan, çempionluğu ağdamlılardan qoparan flaqman belə vəziyyətə düşməməliydi”.

Ailəsi televizora baxırmış, evi qarət ediblər –

Mahir bəy son vaxtlar ictimaiyyət arasında dolaşan dedi-qoduya inanmır. Onun fikrincə, rəhbərliklə baş məşqçi arasında münasibətlər qaydasındadır.

Rüstəmli “ağ-qaralar”ın qış fasiləsində qədər vəziyyəti düzəltməyin mümkünlüyünü deyib:

“Burda bir prinsipial məqama diqqət yetirməliyik. Zuar Qəhrəmanov – Samir Abasov, yoxsa Kamran Quliyev – Samir Abasov münasibətləri önəmlidi?

Bildiyimə görə, hələ ki prezidentlə baş məşqçinin münasibətləri korlanmayıb, yəni arada uçurum, prosesləri dağıdıcı axara yönəldəcək şərait yoxdu.

Əksinə, münasibətlərin indiki fonunda, baş məşqçi ilə əsas azarkeş qrupunun az qala bir-birinin kölgəsini qılıncladığı məqamda da Samir bəyə ən azı 3 oyunluq kart-blanş verilib.

"Səbail”, “Sumqayıt” və “Qəbələ” üzərindəki mümkün qələbələr avtomatik vəziyyətin qaydasına düşməsi deməkdi.

Ölkənin bir nömrəli idman qəzetinin baş redaktoru Samir Abasovun istefa vermək istəməməsinin səbəbini bu cür əsaslandırıb:

“Gedib-getməmək qərarı istisnasız baş məşqçinin seçimidi. Abasovun iddasını, xarizmasını, heç gizlətmədiyi Qurban Qurbanovla sona qədər mübarizə aparmaq inadını nəzərə alsaq, əlbəttə, getməyəcək.

İndiki anda getmək qorxmaq, təzyiqə davam gətirməməkdir. Qalmaq isə varlığını növbəti dəfə göstərmək cəhdi”.

Mahir bəy çempionluq mübarizəsinin bitmədiyini deyib, bakılıların özünə gəlməsi üçün əsas yükün baş məşqçinin üzərinə düşdüyünü iddia edib:

“Legioner limitinin olduğu ölkədə heyətdə 12 legioner saxlamaq hər nə qədər absurd olsa da, onların bir çoxunun səviyyəsi sual doğursa da, “Neftçi” hətta bu heyətlə də “Qarabağ”la çempionluq mübarizəsinə dönməyə qadirdi.

Sadəcə, Samir bəy davranışına çəki-düzən verməli, futbolçularını yerli-yersiz aşağılamamalı,

klubla azarkeşlər arasındakı münasibətlər düzəlməli (məsələn, mən bu gün Mirabdulla Abbasovu azarkeşlərlə barışdırmaq yönündə hansısa addım atılacağını gözləyirdim), heyətlə bağlı daha çevik və məntiqli rotasiya aparılmalıdı.

“Qarabağ” önündəki darmadağını çıxıram, amma “Keşlə” və “Sabah” ilə oyunlarda – xüsusən də ilk oyunda – “Neftçi” hesabda önə çıxsa da, inanılmaz ssenari ilə uduzub.

Bu ssenaridən çıxan nəticə odu ki, Samir bəy qələbə hesabını qoruya bilmir, oyunun axarına müdaxilə qabiliyyəti zəifdir.

Məsələn, “Sabah” 2-ci qolu vurandan sonra baş məşqçinin 25 dəqiqə vaxtı və iki dəyişiklik limiti var idi. Amma nə oldu?!

Kəsəsi, nə qədər çətin görünsə də, çempionluq mübarizəsinə dönmək mümkündü. Bu çətinliyin altından isə Abasov çıxmalıdır”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"