Mahir Emrelinin üçüncü testinin cavabı açıqlandı

12 Oktyabr 2021 19:30 Gündəm 1 200
Mahir Emrelinin üçüncü testinin cavabı açıqlandı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelidən koronavirusla bağlı götürülmüş növbəti testin nəticəsi bəlli olub.

Sportinfo.az xəbər verir ki, forvardın 3-cü analizinin cavabı da mənfi çıxıb.

M.Emrelinin 2-ci testi də neqativ olub.

AFFA onun Serbiyaya qarşı DÇ-2022-nin seçmə oyunundan əvvəl ilk testinin müsbət çıxdığını və UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq həmin qarşılaşmanı buraxacağını açıqlayıb. Varşava təmsilçisinin Mətbuat xidmətinin rəhbəri İzabela Kruq ikinci testin mənfi olduğunu diqqətə çatdırıb.

Bu gün Belqraddakı "Rayko Mitiç" stadionunda keçiriləcək Azərbaycan - Serbiya oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti