Mahirin Serbiyadakı aqibəti necə olacaq?

12 Oktyabr 2021 14:00 Gündəm 763
Mahirin Serbiyadakı aqibəti necə olacaq?

Azərbaycan millisinin və “Legiya”nın hücumçusu Mahir Emrelinin millinin Serbiya ilə matçından əvvəl verdiyi koronavirus testinin nəticənin müsbət çıxması ortaya müəyyən suallar çıxarıb.

Həmin suallardan biri də 24 yaşlı futbolçunun oyundan sonra Bakıya qayıdıb-qayıtmayacağıdır.

Sportinfo.az olaraq məsələyə aydınlıq gətirmək üçün öncə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq.

Assosiasiya rəsmisi məsələ ilə bağlı araşdırmaların getdiyini və bu üzdən indiki məqamda dəqiq fikir söyləyə bilməyəcəyini dedi.

Ardınca Serbiyadakı əlaqə vasitələrimizi işə saldıq. Məlum oldu ki, Serbiya hökümətinin qəbul etdiyi qərara əsasən, virusa yoluxan vətəndaşlar 14 gün karantində qalmalıdır.

Lakin əcnəbilərlə, xüsusən də idmançılarla bağlı ətraf mühitdən təcrid olunma ilə bağlı müəyyən istisnalar var. Çox güman, AFFA rəsmiləri həmin istisnalardan yararlanıb matçdan sonra Mahiri Serbiyadan çıxarmaq üçün çalışır. Mövzuya qayıdacağıq....

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!