“İrəvan silahlı quldurları Qarabağdan çıxarmasa, Bakı bunu onsuz edəcək”

11 Yanvar 11:50 Gündəm 4 319
“İrəvan silahlı quldurları Qarabağdan çıxarmasa, Bakı bunu onsuz edəcək”

Ötən ilin sonunda Azərbaycanın Müdafiə Nazirliyi Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin təxribatı haqda məlumat yaymışdı.

Müdafiə Nazirliyinin açıqlamasında deyilirdi ki, altı erməni silahlısı Azərbaycan Respublikasının Xocavənd rayonunun Ağdam kəndi istiqamətində əsgərlərimizə hücum edib.

Nəticədə bir hərbçimiz şəhid olub, daha bir hərbçimiz isə yaralanıb.

Yada salaq ki, Moskvanın vasitəçiliyi ilə Bakı ilə İrəvan arasında üçtərəfli bəyanat imzalanandan sonra Azərbaycanın Silahlı Qüvvələri ilə Qarabağda gizlənən erməni hərbi qrupları arasında ilk ciddi insident məhz Hadrut bölgəsində qeydə alınıb. Həmin toqquşmalar zamanı erməni qüvvələri Azərbaycan Silahlı Qüvvələri tərəfindən mühasirəyə alındı və nəticədə Rusiya sülhməramlılarının səyləri hesabına “ucuz ölüm”dən qurtula bildilər. O zaman erməni silahlı quldurları bir mülki şəxsimizə - Azercell əməkdaşına da hücum edərək, onu ağır yaralamışdılar.

Rusiya silah texnologiyasını Ermənistana verir?

Bəzi analitiklər Hadrutu Qarabağda yeni “qaynar nöqtə” kimi xarakterizə edirlər. Hərçənd onu tam mənada belə adlandırmaq olmaz, bununla belə, erməni terrorçu dəstələrinin Qarabağda sülh və sabitliyi pozmaq, böyük anlaşmaya əngəl yaratmaq cəhdləri narahatlıq doğurmaya bilməz.

Ermənistandakı müxtəlif siyasi, radikal-ekstremist qüvvələrin Qarabağda revanşın zəruriliyi barədə vaxtaşırı səsləndirdikləri bəyanatlar da məntiqi suallar doğurur. Qonşu ölkədə davam edən təlatümlər və müxalif siyasi qüvvələrin hakimiyyət davası fonunda bu cür qisas cəhdləri, aydındır ki, Ermənistana ucuz başa gəlməyəcək. Bu barədə rəsmi Bakı bir neçə dəfə sərt xəbərdarlıq da edib.

Ermənistan ilə Faşist Almaniyası ilə oxşarlıqlar nədir? -

Musavat.com-un məlumatına görə, situasiyanı şərh edən “Vestnik Kavkaza” Federal İnformasiya-Analitik Agentliyinin baş direktor müavini, politoloq Andrey Petrov hesab edir ki, Ermənistanın silahlı vətəndaşlarının Azərbaycan ərazisində mövcudluğu qeyri-qanunidir və təhlükəsizliyə təhdiddir. Lakin o, İrəvanın vəziyyəti qansız şəkildə həll edə biləcəyinə inanır.

Yayılanan məlumatlara əsasən, Azərbaycanın Xocavənd rayonunun Ağdam kəndi yaxınlığında baş verən hadisə iki cür yozula bilər: ya bu, Ermənistan Müdafiə Nazirliyinin inkar eləməsinə rəğmən, Ermənistan Silahlı Qüvvələri tərəfindən planlaşdırılmış bir terror aktıdır, ya da işğalçı qüvvələrin qalıqlarının mühasirəsindən çıxmaq cəhdidir. Əgər birinci versiya doğrudursa, bu, orduya hələ də təsirini saxlayan Ermənistanın Qarabağ müharibəsinin sona çatması barədə üçtərəfli bəyanatı pozmaq niyyətini göstərir. İkinci versiya düzgündürsə, onda demək, Azərbaycan torpağında qalan erməni birləşmələrini müəyyənləşdirmək üçün ayrıca bir fəaliyyətə ehtiyac var. Hər iki hal qanunsuz birləşmələrin Azərbaycandan çıxarılması prosesinin başa çatdırılmasını zəruri edir. Ona görə ki, Ermənistanın silahlı vətəndaşlarının Azərbaycanda mövcudluğu qeyri-qanunidir və təhlükəsizliyə təhdiddir”, - deyə ekspert qeyd edib.

Rusiyalı politoloq Andrey Petrov: Paşinyan Qarabağ məsələsində həm  səriştəsiz olduğunu, həm də faktları görməzdən gəldiyini göstərdi

Politoloq Andrey Petrov

Politoloqun sözlərinə görə, yaranmış vəziyyəti yolun qoymaq üçün iki yol var: “Ya erməni dəstələri, o cümlədən meşələrdə və kəndlərdə gizlənən kiçik qruplar Azərbaycanı rus sülhməramlılarının nəzarəti altında tərk etməlidir – nə barədə ki, üç ölkənin ayrıca razılaşması olmalıdır – ya da Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) bütün azad edilmiş ərazilərdə kütləvi antiterror əməliyyatları aparmalıdır. Azərbaycan torpaqlarında Azərbaycan vətəndaşlarına hücum edən xarici vətəndaşlar beynəlxalq terrorçu statusu qazanmış olur.

Bu səbəbdən DTX-nin burada güc yolu ilə təmizləmə aparmağa tam hüququ var. Vəziyyət qansız yolla da həll oluna bilər, amma bunun üçün İrəvanın siyasi iradəsi lazımdır. Əgər Ermənistan öz qoşunlarının qalıqlarını Qarabağdan çəkmək istəmirsə və ya bunu bacarmırsa, o zaman məsələ onun iştirakı olmadan həll ediləcək”.

Əlavə edək ki, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında müharibə sonrası durumun müzakirəsinə dair üçtərəfli görüş keçiriləcəyi barədə məlumatlar yayılıb. Bakıda və İrəvanda məlumatı təsdiqləməsələr də, təkzib də etməyiblər. Kapitulyasiya aktından sonra ilk dəfə reallaşacaq bu görüşdə diqqət mərkəzində olacaq mövzulardan biri məhz Qarabağda qalmış erməni işğalçı-quldur dəstələrinin aqibəti ilə bağlı olacaq. Şübhə yox ki, Azərbaycan sonuncu erməni silahlısının da bölgəmizdən qeyd-şərtsiz çıxması məsələsini qoyacaq. Əgər bu proses xoşluqla getməsə, heç şübhəsız, “Dəmir yumruq”dan istifadə olunacaq (musavat.com)...

Digər Xəbərlər
Xəbər Lenti