"Neftçi" daha 2 dəqiqə dözə bilsəydi…

16 Fevral 02:50 Futzal 1 197
"Neftçi"  daha 2 dəqiqə dözə bilsəydi…

Futzal üzrə Yüksək Liqada XII turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, tura mərkəzi oyunla start verilib.

Oyuna marağı artıran məqamlardan biri “Araz-Naxçıvan”a yeganə məğlubiyyət acısını “Neftçi”nin yaşatmasıdır. İkinci dövrədə baş tutan dueldə “ağ-qaralar” 6:3 hesablı qələbəyə sevinmişdi.

Heyətlərlə gəldikdə, nominal meydan sahibləri Amir Shojaeinin xidmətindən istifadə edə bilmədi. Buna səbəb müdafiəçinin ötən tur “Baku Fire”lə oyunda qırmızı vərəqə alması və cəzalı duruma düşməsidir.

Gərgin keçən matçın birinci hissəsində qapılara qol vurulmadı. İkinci hissədə də tərəflər balnslı oyuna üstünlük versə də, sona yaxın təzyiqi artıran “Araz-Naxçıvan” 38-ci dəqiqədə tarazlığı pozdu.

Bir qədər sonra isə Amadeu qapının boş olmasından istifadə edib fərqi artırdı. Beləliklə mövsümün 3-cü duelində qələbəni “Araz-Naxçıvan” qazandı.

“Yasamal Bakı” isə böyükhesablı qələbəyə sevinib. Rüstəm Bağırov 10 qol vurmaqla bombardirlərin yarışında mövqeyini yaxşılaşdırdı.

Tura “Bakı Fire” böyükhesablı qələbə ilə yekun vurdu. Qazanılan 3 xal sayəsində “Neftçi”i ilə xal fərqini 4-ə yüksəldən nominal meydan sahibləri liderdən eynisayda xal geri qalır.

XIII turda “Araz-Naxçıvan” ən yaxın izləyicisi – “Baku Fire”lə üz-üzə gələcək.

Neftçi İK – Araz-Naxçıvan (0:0) 0:2

Qollar: Diaqo Auqusto, 37:28, Amadeu, 38:59

Yasamal Bakı – Record club (6:1) 14:3

Qollar: Təhmiraz Abasov, 5:26, Rüstəm Bağırov, 7:46, 19:10, 23:53, 28:53, 30:45, 33:59, 35:06, 36:20, 38:02, 39:44, Fuad Məmmədzadə, 12:53, 19:15, Tofiq Məlikov, 18:47 / Tural Abdullazadə, 5:05, Nahid Mirzəzadə, 28:18, Məhəmməd Məmmədzadə, 28:48

Baku Fire – U-19 (3:0) 6:0

Qollar: Kənan Manafov, 5:18, 13:24, İaqo Henrique, 11:59, 22:27, Elvin Quliyev, 23:32, Murad Quluzadə, 26:55

Sarı vərəqə: Ümid Qəhrəmanov, 13:11

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"