Azərbaycan yığması bu dəfə Belçikaya uduzdu

17 Yanvar 2022 19:00 Futzal 656
Azərbaycan yığması bu dəfə Belçikaya uduzdu

Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, Joze Alesio da Silvanın baş məşqçi olduğu kollektiv Belçika yığmasının qonağı olub.

Borqlon şəhərində oynanılan qarşılaşma meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan milli komandasının heyətində qolları 17-ci dəqiqədə Vassura, 31-ci dəqiqədə Everton Kardoso və 37-ci dəqiqədə Tyaqo Bolinya vurublar.

Yüngül zədəsi olan İsa Atayev oyunda iştirak etməyib.

Azərbaycan Avropa çempionatının D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar - 6 fevralda gerçəkləşəcək yarış ilk dəfə 16 komandanın iştirakı ilə olacaq.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"