Neymar topuğundan ağır zədə aldı – Nə vaxt qayıdacaq?

30 Noyabr 2021 00:00 Fransa 621
Neymar topuğundan ağır zədə aldı – Nə vaxt qayıdacaq?

PSJ-nin ulduzu Neymar zədələnib.

Sportinfo.az xəbər verir ki, braziliyalı hücumçu Liqa 1-in 15-ci turu çərçivəsində baş tutan “Sent Etyen”lə səfər oyununda (1:3) sıradan çıxıb.

Neymar artıq ilkin tibbi müayinədən keçib. Topuğundan zədə alan braziliyalı futbolçunun azı 6 həftə yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur.

Təkrar müayinədən sonra onun vəziyyəti tam dəqiqləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM