Avro-2028 bu 2 ölkədə keçiriləcək – Türkiyə geri çəkilir 

5 Mart 2022 10:20 Avropa çempionatı 614
Avro-2028 bu 2 ölkədə keçiriləcək – Türkiyə geri çəkilir 

2028-ci ildə Avropa çempionatına ev sahibliyi edəcək ölkələrin adları bəlli olub.

Sportinfo.az xəbər verir ki, Avro-2028 İngiltərə və İrlandiyada keçiriləcək.

Bu barədə məlumatı UEFA-dakı mənbələrinə istinadən “Daily Mail” yayıb.

Avropa çempionatını keçirmək üçün Türkiyə və Rusiya da müraciət etmişdi. Amma bildirilir ki, Ukraynaya hərbi müdaxilədən sonra Rusiyanın heç bir şansı qalmayıb.

Türkiyənin isə namizədliyini geri götürəcəyi iddia olunur. Qeyd edək ki, Türkiyə Avro-2016 və Avro-2024-ə ev sahibliyi etmək üçün də namizədliyini irəli sürmüşdü.

Formal proses 2023-cü ilin sentyabrına qədər davam etməli idi, lakin Böyük Britaniya və İrlandiya təşkilatçıların texniki tələblərinə cavab verərsə, UEFA qərarını daha tez elan edəcək.

Digər Xəbərlər
Xəbər Lenti