Konfrans Liqasında həftənin ən yaxşısı seçildi - “Molde”nin hücumçusu

24 Fevral 2024 12:00 Dünya futbolu 668
Konfrans Liqasında həftənin ən yaxşısı seçildi - “Molde”nin hücumçusu

Avropa Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu ada İsveçin “Molde” klubunun üzvü Fredrik Qulbrandsen layiq görülüb.

O, buna “Legiya”nı Polşada 3:0 hesabıyla yendikləri qarşılaşmada dubla imza atmaqla bacarıb.

Konfrans Liqasında həftənin oyunçusu adına Jeremi Frik (“Servett”, İsveçrə), Kameron Puertas (“Yunion”, Belçika) və Mika Bieret (“Şturm Qraz”, Avstriya) də namizəd idi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 17:30 Çək və bizə göndər!
15 İyun 07:50 Pensiyanız ARTA BİLƏR
15 İyun 02:50 Özbəkistanda 1-ci oldu