Messi “qol orucu” tutub?

25 Aprel 2025 18:20 Dünya futbolu 714
Messi “qol orucu” tutub?

KONKAKAF Çempionlar Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “İnter Mayami” səfərdə “Vankuver”in qonağı olub və 0:2 hesablı məğlubiyyət alıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşılaşmada iştirak edən Lionel Messinin səyləri komandasının heç olmasa, bir qol vurmasına da kifayət etməyib.

Messi artıq ardıcıl üçüncü matçdır ki, nə qol vurur, nə də məhsuldar ötürmə ilə yadda qalır. Onun bu mövsüm aktivində ümumilikdə 12 oyunda 8 qol və 2 məhsuldar ötürməsi var.

Argentinalı forvardın Florida təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti bu ilin dekabrının sonuna qədər qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM