Çempionat təxirə salındı - Roma Papasının ölümü ilə əlaqədar

22 Aprel 15:40 Dünya futbolu 265
Çempionat təxirə salındı - Roma Papasının ölümü ilə əlaqədar

Argentina çempionatının 14-cü turunun 3 oyunu Roma Papası Fransiskin ölümü ilə əlaqədar təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Həmin matçlar “Tiqre”- “Belqrano”, “Argentinos Xuniors” - “Barrakas Sentral” və “İdependent Rivadavia” - “Aldosivi” görüşləridir.

Qeyd olunan oyunlar aprelin 22-də keçirilməli idi. Matçların nə vaxt baş tutacağı hələlik açıqlanmayıb.

İtaliya A seriyasında da bu gün oynanılmalı olan 4 matç Roma Papasının ölümü ilə əlaqədar təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!