”Şübhəsiz, yaxşı mübarizə aparmadıq, futbolçularım çox sadəlövh oynadı”

26 Mart 2023 15:40 Dünya futbolu 367
”Şübhəsiz, yaxşı mübarizə aparmadıq, futbolçularım çox sadəlövh oynadı”

Niderland millisinin baş məşqçisi Ronald Kuman AÇ-2024-ün seçmə mərhələsinin ilk turunun Fransa ilə oyunundan sonra (0:4) açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, yaxşı oynamadıqlarını deyib:

“Topu qapının 20 metrliyində itirdik və güclü rəqib tərəfindən cəzalandırıldıq. Futbolçularım çox sadəlövh oynadılar.

Təəssüf ki, bir çox futbolçum virusa yoluxduğu üçün oyunu buraxdı. Lakin əsas məsələ bu deyil. Şübhəsiz ki, yaxşı oynamadıq”.

Niderland millisi hazırda AÇ-2024-ün B qrupunda 0 xalla sonuncu, Fransa isə 3 xalla birincidir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!